Almaniyada silah və hərbi texnikanın satışı 23 faiz azalıb

Almaniyada silah və hərbi texnikanın satışı 23 faiz azalıb Bakı. 17 yanvar. REPORT.AZ/ Almaniyada silah və hərbi texnikanın satışı 2018-ci ildə 2017-ci illə müqayisədə 23 faiz azalıb.
Digər ölkələr
17 yanvar 2019 16:36
Almaniyada silah və hərbi texnikanın satışı 23 faiz azalıb
dw

Bakı. 17 yanvar. REPORT.AZ/ Almaniyada silah və hərbi texnikanın satışı 2018-ci ildə 2017-ci illə müqayisədə 23 faiz azalıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyi Yaşıllar Partiyasından deputat seçilmiş Ümid Nuripurun məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirib.

Vurğulanıb  ki, parlament 2018-ci ildə 4 milyard 820 milyon avroluq silah və hərbi texnikanın satışı ilə bağlı müqavilələri təsdiqləyib. Bu isə 2017-ci illə müqayisədə 23 faiz azdır. Almaniya 2015-ci ildə rekord məbləğdə - 7 milyard 860 milyon avroluq silah satıb.

Qeyd edək ki, Camal Qaşıqçının qətlindən sonra Almaniya hökuməti Səudiyyə Ərəbistanına silah tədarükünü tamamilə dayandırıb.

Son xəbərlər

Orphus sistemi