Almaniyada sərnişin gəmisi körpüyə çırpılıb, 2 nəfər ölüb

Almaniyada sərnişin gəmisi körpüyə çırpılıb, 2 nəfər ölüb Gəmidə 180 sərnişin və 49 heyət üzvü olub
Digər ölkələr
11 Sentyabr , 2016 11:28
Almaniyada sərnişin gəmisi körpüyə çırpılıb, 2 nəfər ölüb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Ötən gecə Almaniyanın Reyn-Mayn-Dunay gəmi kanalında üzən hotelin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

"Report"un xəbərinə görə, göyərtəsində 180 sərnişin və 49 heyət üzvünün olduğu gəmi Budapeşt istiqamətində hərəkətdə olub.

İnsident Bavariyada Erlanqen şəhəri yaxınlığında baş verib. İlkin məlumatlara görə, gəmi körpüyə çırpılıb, nəticədə idarəetmə kabinəsi tamamilə dağılıb.

"Ölənlərə gəldikdə isə, söhbət heyətin 33 və 49 yaşlı üzvündən gedir", - deyə hüquq-mühafizə orqanlarının məlumatında bildirilir.

Hadisə baş verən zaman əraziyə 200-ə yaxın xilasedici cəlb olunub. İnsanlar xüsusi qəza pilləkanı vasitəsi ilə sahilə çıxarılıb.

Son xəbərlər

Orphus sistemi