Almaniyada sərnişin avtobusu yaşayış evinə çırpılıb, yaralananlar var

Almaniyada sərnişin avtobusu yaşayış evinə çırpılıb, yaralananlar var Hadisənin başvermə səbəbləri hələlik müəyyənləşməyib
Digər ölkələr
24 Dekabr , 2016 20:15
Almaniyada sərnişin avtobusu yaşayış evinə çırpılıb, yaralananlar var

Bakı. 24 dekabr. REPORT.AZ/ Almaniyada yüksək sürətlə hərəkət edən sərnişin avtobusu yaşayış evinə çırpılıb.

"Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin qərbində, Qessen federal dairəsinin Lindenfels şəhərciyində baş verib. Hadisə zamanı 3 nəfər xəsarət alıb. Bunlardan biri avtobusun sürücüsüdür. Ağır xəsarət almış sürücü xilasetmə helikopteri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı xəsarət almış həmçinin 2 sərnişin də xəstəxanaya aparılıb.

Nəqliyyat vasitəsinin çırpıldığı evdə 88 yaşlı təqaüdçşü yaşayır. O, qəza zamanı hər hansı xəsarət almayıb.

Hadisənin başvermə səbəbləri hələlik müəyyənləşdirilməyib. Avtobusun hər hansı texniki nasazlığının olmadığı bildirilir.

Son xəbərlər

Orphus sistemi