Almaniyada "Rock am Ring" rok festivalının iki əməkdaşı terror aktı hazırlamaq şübhəsiylə saxlanılıb

Almaniyada "Rock am Ring" rok festivalının iki əməkdaşı terror aktı hazırlamaq şübhəsiylə saxlanılıb Saxlanılanların azı birinin radikallarla əlaqəli olduğu güman edilir
Digər ölkələr
3 İyun , 2017 10:42
Almaniyada Rock am Ring rok festivalının iki əməkdaşı terror aktı hazırlamaq şübhəsiylə saxlanılıb
Tass.ru

Bakı. 3 iyun. REPORT.AZ/ Almaniyanın hüquq-mühafizə orqanları Nürburg qəsəbəsi yaxınlığında keçirilən məşhur "Rock am Ring" rok festivalında xidmət göstərən şirkətin iki əməkdaşını saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, işçilər festival ərazisinə şübhəli əşya keçirməkdə şübhəli bilinir.

Almaniyanın "Welt" qəzetinin məlumatına görə, saxlanılanların azı birinin radikallarla əlaqəli olduğu güman edilir.

Qeyd edək ki, daha əvvəl dünyanın ən məşhur rok festivallarından biri terror təhlükəsi səbəbindən dayandırılıb. Alman polisi tamaşaçıların festival ərazisini tərk etməsinə dair göstəriş verib. Hazırda həmin ərazidə istintaq tədbirləri aparılır.

Üç günlük musiqi bayramına toplamda 87 mindən çox bilet satılıb. Quraşdırılmış dörd səhnədə 85 musiqi kollektivi, o cümlədən "die Toten Hosen", "Rammstein", "System Of A Down" kimi tanınmış qruplar çıxış etməli idi.

Son xəbərlər

Orphus sistemi