Almaniyada rekord yoluxma halı qeydə alınıb

Almaniyada rekord yoluxma halı qeydə alınıb Almaniyada son sutkada rekord sayda – 236 120 nəfərdə koronavirus aşkarlanıb
Digər ölkələr
3 fevral 2022 03:48
Almaniyada rekord yoluxma halı qeydə alınıb

Almaniyada son sutkada rekord sayda – 236 120 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan Robert Kox İnstitutu açıqlayıb.

İnstitutun məlumatına görə, eyni dövr ərzində 164 koronavirus xəstəsi vəfat edib.

Beləliklə, indiyədək Almaniyada 10,4 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 118 334 nəfər virusdan ölüb.

Son xəbərlər

Orphus sistemi