Yuxarı

Almaniyada regional seçkilər davam edir

Bu seçkilərə, Kansler Angela Merkelin qaçqınlar haqqında siyasətinə nə qədər dəstək olduğunun sınağı kimi baxılır

Bakı. 13 mart. REPORT.AZ/ Almaniya vətəndaşları ölkənin üç regionunda keçirilən seçkilərdə iştirak edir.

`Report` BBC-yə istinadən xəbər verir ki, bu seçkilərə, Kansler Angela Merkelin qaçqınlar haqqında siyasətinə nə qədər dəstək olduğunun sınağı kimi baxılır.

Kansler Merkelin "açıq qapı" siyasətinə dair narahatlıqlara görə gözlənilir ki, immiqrasiyaya qarşı olan Almaniya üçün Alternativ (AfD) partiyasına dəstək artacaq.

2015-ci ildə bir milyondan çox miqrant və qaçqın Almaniyaya gəlib.

Sorğular göstərir ki, Merkelin Xristian Demokrat İttifaqı (CDU) ölkənin şərqindəki Sachsen-Anhalt regionunda ən böyük partiya olaraq qalacaq.

Lakin qərbi Almaniyada, Baden-Württemberg vilayətində gözlənilir ki, bu dəfə Yaşıllar partiyası qalib gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi