Bakı. 15 noyabr. REPORT.AZ/ Almaniya hüquq-mühafizə orqanları bu gün səhər saatlarından radikallara qarşı genişmiqyaslı əməliyyata başlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, əməliyyat 10 federal torpaqda, o cümlədən ölkə paytaxtı Berlində keçirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, xüsusi əməliyyat ölkədə qadağan edilmiş "Əsl din" radikal islamçı təşkilatına qarşı yönəlib.