Yuxarı
    Bağlamaq

    Almaniyada qatar relsdən çıxıb: xəsarət alanlar var

    Hadisəyə səbəb əlverişsiz hava şəraiti olub© Newindianexpress.com

    Bakı. 19 may. REPORT.AZ/ Almaniyanın şərqində regional qatar əlverişsiz hava şəraiti səbəbindən relsdən çıxıb.

    "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Deutsche Bahn" konserninin nümayəndəsi xəbər verib.

    O, bildirib ki, hadisə yerli vaxtla saat 19:29-da Tyurinqidə, Ştadtrod yaşayış məntəqəsində qeydə alınıb. Hadisə zamanı bir neçə nəfər xəsarət alıb.

    Qəzaya sel səbəbindən dəmir yolunun qismən bağlanması olub. Qatar Qlauaxu şəhərindən Qettinqenə doğru hərəkət edirmiş.

    Yaralananların sayı barədə məlumat verilmir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi