Almaniyada qaçqınların sığınacağında yanğın zamanı 30 nəfər xəsarət alıb

Almaniyada qaçqınların sığınacağında yanğın zamanı 30 nəfər xəsarət alıb Zərərçəkənlərin əksəriyyəti tüstüdən zəhərlənib
Digər ölkələr
6 Yanvar , 2017 01:10
Almaniyada qaçqınların sığınacağında yanğın zamanı 30 nəfər xəsarət alıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Almaniyanın kiçik Hefelhof yaşayış məntəqəsində (Şimali Reyn-Vestfaliya torpağı) yerləşən qaçqınlar üçün sığınacaqda yanğın zamanı 30 nəfər zərər çəkib.

"Report" DPA-ya istinadən xəbər verir ki, zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, onların əksəriyyəti tüstüdən zəhərlənib.

Hazırda yanğını söndürmək mümkün olub. "Bina demək olar ki, tamamilə yanıb", - deyə agentlik yerli polis nümayəndəsinin sözlərini sitat gətirib.

Yanğının səbəbləri hələ ki, bilinmir. Sığınacaqda ümumilikdə 500 nəfər yaşayırdı.

Son xəbərlər

Orphus sistemi