​Almaniyada qaçqınların qəbulu mərkəzində baş verən partlayışda bir nəfər ölüb

​Almaniyada qaçqınların qəbulu mərkəzində baş verən partlayışda bir nəfər ölüb Hadisənin başvermə səbəbi araşdırlır
Digər ölkələr
16 Dekabr , 2015 19:38
​Almaniyada qaçqınların qəbulu mərkəzində baş verən partlayışda bir nəfər ölüb

Bakı. 16 dekabr. REPORT.AZ/ Almaniyanın Harburq şəhərində qaçqınların qəbulu mərkəzində baş verən partlayış nəticəsində bir nəfər həyatını itirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda yerli polis bildirib.

"Şahidlərin sözlərinə görə, bir neçə nəfər yaşayan binada partlayış baş verib. Yanğınsöndürənlər gələnədək binanı alov bürüyüb", - məlumatda vurğulanıb.

Məlumata əsasən, hadisə yerli vaxtla səhər saatlarında baş verib. Partlayış baş verən zaman binada 20 qaçqın olub.

Xəbərdə bildirilib ki, partlayış nəticəsində bir nəfər həyatını itirib, qalanı isə xilas edilib.

Hadisənin başvermə səbəbi araşdırlır. 

Son xəbərlər

Orphus sistemi