Almaniyada qaçqın düşərgəsində 49 nəfər koronavirusa yoluxub

Almaniyada qaçqın düşərgəsində 49 nəfər koronavirusa yoluxub Almaniyanın Bielefeld şəhərindəki qaçqın düşərgəsində 49 nəfərin koronavirusla bağlı test nəticələri pozitiv çıxıb.
Digər ölkələr
20 Aprel , 2020 11:10
Almaniyada qaçqın düşərgəsində 49 nəfər koronavirusa yoluxub
Markus Brekenkamp

Almaniyanın Bielefeld şəhərindəki qaçqın düşərgəsində 49 nəfərin koronavirusla bağlı test nəticələri pozitiv çıxıb.

“Report”un Avropa bürosunun məlumatına görə, bundan sonra 336 nəfər sığınacaq axtaranın qaldığı və əvvəllər otel kimi istifadə olunan mərkəzə giriş-çıxış bağlanıb. Şəhər səhiyyə idarəsi və bələdiyyə ərazinin izoliyasiya edilməsi ilə bağlı göstəriş verib. Nəticədə düşərgə kimi istifadə olunan "Oldentruper Hof“ otelinin ətrafında yaşayan yerli sakinlərə evlərindən çıxmamaları söylənilib.

Şəhər Səhiyyə İdarəsindən isə bildirilib ki, Almaniyadakı bütün qaçqın düşərgə və yataqxanalarında qalanların koronavirusa görə testdən keçirilməsi ilə bağlı qərar Bielefeld şəhərində də icra edilir.

Ötən gün Suriya, İraq, Əfqanıstan, Rusiya, Gürcüstan, Azərbaycan və Afrika ölkələrindən olan sığınacaq axtaranların qaldığı düşərgədə 336 nəfərdən koronavirusla bağlı test nümunələri götürülüb. Nəticədə biri düşərgə çalışanı olmaqla, 48 sığınacaq axtaranının koronavirusla bağlı testi pozitiv çıxıb. Onlar təcili yardım avtomobilləri vasitəsi ilə yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Məlumat üçün bildirək ki, koronavirus səbəbindən 4 600-dən çox ölüm, 146 minə yaxın yoluxma faktının qeydə alındığı Almaniyada bu gündən etibarən xüsusi karantin rejimi yumşaldılacaq. 

Son xəbərlər

Orphus sistemi