Almaniyada partlayış zamanı onlarla insan xəsarət alıb, ölənlər var

Almaniyada partlayış zamanı onlarla insan xəsarət alıb, ölənlər var Almaniyanın Leverkuzen şəhərində “Currenta” şirkətinin kimyəvi sənaye müəssisəsində baş verən partlayış nəticəsində 31 nəfər xəsarət alıb.
Digər ölkələr
27 İyul , 2021 21:49
Almaniyada partlayış zamanı onlarla insan xəsarət alıb, ölənlər var

Almaniyanın Leverkuzen şəhərində “Currenta” şirkətinin kimyəvi sənaye müəssisəsində baş verən partlayış nəticəsində 31 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə "Suddeutsche Zeitung" qəzeti məlumat yayıb.

Qeyd edilir ki, partlayış zamanı 2 nəfər həlak olub. Daha əvvəl isə 5 nəfərin itkin düşməsi barədə məlumat yayılıb.

Leverkuzen polisi maksimal təhlükə elan edib, yerli sakinlərə evlərinin qapı və pəncərələrini açmağı, küçəyə çıxmağı qadağan edib.

Son xəbərlər

Orphus sistemi