Almaniyada Paris terror aktlarına dair iş üzrə əlcəzairli həbs olunub

Almaniyada Paris terror aktlarına dair iş üzrə əlcəzairli həbs olunub Saxlanılan şəxs qaçqınlar üçün sığınacaqda qalırmış
Digər ölkələr
16 Noyabr , 2015 23:05
Almaniyada Paris terror aktlarına dair iş üzrə əlcəzairli həbs olunub

Bakı. 16 noyabr. REPORT.AZ/ Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağında Parisdə törədilən terror aktlarında şübhəli bilinən Əlcəzair vətəndaşı saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə DPA agentliyinə istinadən RİA "Novosti" məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxs qaçqınlar üçün sığınacaqda yaşayıb və sığınacaq qonşularına partlayışın hazırlanması və "Parisin qorxu və dəhşətə məruz qalacağı" barədə xəbərdarlıq edib.

Hazırda yerli hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib, Fransa ilə sərhəddə nəzarət fəallaşdırılıb.

Son xəbərlər

Orphus sistemi