Almaniyada pandemiya ərzində rekord yoluxma qeydə alınıb

Almaniyada pandemiya ərzində rekord yoluxma qeydə alınıb Almaniyada 2020-ci ildə 40 minə yaxın insan koronavirusdan dünyasını dəyişib.
Digər ölkələr
5 Noyabr , 2021 01:40
Almaniyada pandemiya ərzində rekord yoluxma qeydə alınıb

Almaniyada 2020-ci ildə 40 minə yaxın insan koronavirusdan dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.

Ötən il koronavirusun yaratdığı xəstəlik Almaniyada 39 758 nəfərin ölümünə səbəb olub ki, bu da ümumi ölüm sayının 4%-ni təşkil edir.

"Robert Koch" İnstitutunun məlumatına görə, Almaniyada yeni koronavirus infeksiyasına yoluxma hallarının sayı sutka ərzində 33 949 nəfər artıb ki, bu da pandemiya zamanı ən yüksək göstərici olub.

Pandemiya başlayandan indiyədək ölkənin 4 672 368 sakinində koronavirus aşkar edilib. Gün ərzində ölənlərin ümumi sayı 165 nəfər artaraq 96 192 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi