Bakı. 23 may. REPORT.AZ/ Almaniyanın Şnaytslroyt (Bavariya) şəhərində otel yanıb.
“Report” xəbər verir ki, yanğın baş verən zaman mehmanxanada 47 kirayənişin olub.
Hadisə nəticəsində 7 nəfər xəsarət alıb, daha 6 nəfər itkin düşüb.
İtkin düşənlərin öldüyü ehtimal edilir. Yanğın artıq söndürülüb, hazırda xilasedicilər itkin düşənlərin axtarışı ilə məşğuldurlar.
Yanğının səbəbləri məlum deyil.