Almaniyada Orbanın kortejini müşayiət edən polis qəza nəticəsində ölüb

Almaniyada Orbanın kortejini müşayiət edən polis qəza nəticəsində ölüb Macarıstanın Baş naziri Viktor Orbanın kortejini motosikletlə Ştutqart hava limanına qədər müşayiət edən Almaniyanın polis əməkdaşı qəzaya düşüb.
Digər ölkələr
24 İyun , 2024 22:21
Almaniyada Orbanın kortejini müşayiət edən polis qəza nəticəsində ölüb

Macarıstanın Baş naziri Viktor Orbanın kortejini motosikletlə Ştutqart hava limanına qədər müşayiət edən Almaniyanın polis əməkdaşı qəzaya düşüb.

"Report" xəbər verir ki, bu barədə "FOCUS online" məlumat yayıb.

Nəşrə görə, o, aldığı xəsarətlərdən ölüb, daha bir polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, qəza nəqliyyat vasitələrindən birinin kordonu görməyərək kortejin hərəkət etdiyi yola çıxması səbəbindən baş verib. Nəticədə yerli sakinin avtomobili iki polis motosikleti ilə toqquşub.

Orban dünən Ştutqartda keçirilən Macarıstan və Şotlandiya milliləri arasında baş tutmuş matçı izləyib. Günün birinci yarısında o, nümayəndə heyəti ilə hava limanına gedib. Onun korteji zərər çəkməyib.

Son xəbərlər

Orphus sistemi