Almaniyada ölənlərin sayı 133 nəfərə yüksəlib

Almaniyada ölənlərin sayı 133 nəfərə yüksəlib Almaniyanın qərbində baş verən sel nəticəsində ölənlərin sayı 133 nəfərə yüksəlib.
Digər ölkələr
17 İyul , 2021 10:24
Almaniyada ölənlərin sayı 133 nəfərə yüksəlib

Almaniyanın qərbində baş verən sel nəticəsində ölənlərin sayı 133 nəfərə yüksəlib.

“Report” xəbər verir ki, məlumatı “Bild” qəzeti yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində Reynland-Pfals torpağında azı 90 nəfər, Şimali Reyn-Vestfaliyada isə 43 nəfər ölüb.

Bildirilib ki, xəsarət alanların axtarışı üçün bölgəyə 850 hərbçi göndərilib.

Məlumata görə, 1 300-ə yaxın sakin itkin düşüb.

Qeyd edək ki, iyulun 12-dən fasiləsiz yağan leysan yağışlar Almaniyanın qərb və cənub-qərb bölgələrində daşqınlar yaradıb.

Xatırladaq ki, daşqın yalnız Almaniyada deyil, Belçika və Niderlandda da baş verib.

Son xəbərlər

Orphus sistemi