Almaniyada nənə 5 nəvəsini ölü olaraq aşkarlayıb

Almaniyada nənə 5 nəvəsini ölü olaraq aşkarlayıb Almaniyanın Zolingen şəhərində polis mənzillərindən birində 5 uşağın meyitini aşkarlayıb.
Digər ölkələr
1685
4 Sentyabr , 2020 05:57
Almaniyada nənə 5 nəvəsini ölü olaraq aşkarlayıb

Almaniyanın Zolingen şəhərində polis mənzillərindən birində 5 uşağın meyitini aşkarlayıb.

“Report” “BBC”-yə istinadən xəbər verir ki, polis uşaqların ölümündə ananın təqsirkar olduğu barədə versiyaya üstünlük verir.

Ölkənin daxili işlər naziri Herbert Roylun sözlərinə görə, uşaqların meyitlərini digər şəhərdə yaşayan nənə tapıb.

Nazir həmçinin bildirib ki, 27 yaşlı ana 11 yaşlı oğlu ilə Düsseldorf vağzalında sui-qəsd etməyə cəhd edib. Qadın ağır travmalar ilə xəstəxanadadır, oğlu xəsarət almayıb və qohumların yanına göndərilib.   

Polisin məlumatına əsasən, ölən qardaş və bacılar bir yaşdan 8 yaşa qədər olublar.

Son xəbərlər

Orphus sistemi