Almaniyada naməlum şəxs bir neçə nəfəri bıçaqlayıb

Almaniyada naməlum şəxs bir neçə nəfəri bıçaqlayıb Hücum şəhərin mərkəzi vağzalının yaxınlığında baş verib, bu bölgə kriminogen vəziyyəti ilə tanınır
Digər ölkələr
26 Yanvar , 2021 17:29
Almaniyada naməlum şəxs bir neçə nəfəri bıçaqlayıb

Almaniyanın Frankfurt-Mayn şəhərində naməlum şəxs bir neçə nəfəri bıçaqlayıb.

“Report” xəbər verir ki, bu barədə TASS yerli polisin tvitterdəki paylaşımına istinadən məlumat verib.

Qeyd olunub ki, hücum edən şəxs artıq saxlanılıb, əhali üçün heç bir təhlükə yoxdur. Həmçinin yaralıların yaxınlıqdakı xəstəxanalara çatdırıldığı vurğulanıb.

“Frankfurter Allgemeine Zeitung” qəzeti isə saxlanılan şəxsin narkotik maddənin təsiri altında olduğunu yazıb.

Hücum şəhərin mərkəzi vağzalının yaxınlığında baş verib, bu bölgə kriminogen vəziyyəti ilə tanınır.

Son xəbərlər

Orphus sistemi