Almaniyada qadını girov götürən şəxs saxlanılıb - YENİLƏNİB

Almaniyada qadını girov götürən şəxs saxlanılıb - YENİLƏNİB Bakı. 18 yanvar. REPORT.AZ/ Almaniyanın Bavariya əyalətinin Deggendorf şəhərindəki xəstəxanada xəstənin bir qadını girov götürməsilə bağlı keçirilən əməliyyat başa çatıb.
Digər ölkələr
1360
18 Yanvar , 2019 19:31
Almaniyada qadını girov götürən şəxs saxlanılıb - YENİLƏNİB

Bakı. 18 yanvar. REPORT.AZ/ Almaniyanın Bavariya əyalətinin Deggendorf şəhərindəki xəstəxanada xəstənin bir qadını girov götürməsilə bağlı keçirilən əməliyyat başa çatıb.

“Report” “Bayerischer Rundfunk” telekanalına istinadən xəbər verir ki, 57 yaşlı qadını girov götürən 40 yaşlı xəstə ələ keçirilib. 

Onun əməliyyat zamanı yüngül xəsarət aldığı bildirilir.


*** 17:29

Almaniyada naməlum şəxs bıçaqla klinikaya hücum edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Passauer Neue Presse" qəzeti yazıb.

Hadisə Bavariyanın Deggendorf rayonunda qeydə alınıb. 

Onun bəzi şəxsləri girov götürdüyü, polisin onları xilas etmək üçün klinikanı mühasirəyə aldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi