Almaniyada banka hücum edən şəxs girovu sərbəst buraxaraq qaçıb - YENİLƏNİB

Almaniyada banka hücum edən şəxs girovu sərbəst buraxaraq qaçıb - YENİLƏNİB Hadisə Almaniyanın Duysburq şəhərində baş verib
Digər ölkələr
16 Mart , 2017 15:55
Almaniyada banka hücum edən şəxs girovu sərbəst buraxaraq qaçıb - YENİLƏNİB
AP Photo/ dpa/ Marcel Kusch

Bakı. 16 mart. REPORT.AZ/ Almaniyanın Duysburq şəhərində banka hücum edən naməlum kişi girovu sərbəst buraxaraq qaçıb.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, hadisə şəhərin Rumeln-Kaldenhauzen rayonunda “Sparkasse” bankının filialında baş verib.

İnformasiyaya əsasən, girov xəsarət almayıb. Polis əməkdaşları hadisə ilə bağlı iki şübhəlini saxlayıb.

*** 14:03

Bakı. 16 mart. REPORT.AZ/ Almaniyada naməlum kişi banka hücum edib, bir neçə nəfəri girov götürüb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “N24” telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə Almaniyanın Duysburq şəhərində baş verib. Girov götürülən iki nəfər bankın əməkdaşıdır. 

Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.

Son xəbərlər

Orphus sistemi