Almaniyada müsəlmanlara qarşı cinayətlər artır

Almaniyada müsəlmanlara qarşı cinayətlər artır Almaniyada nifrət zəminində müsəlmanlara qarşı cinayətlərin sayı ötən ilin müqayisədə 2 faiz artıb
Digər ölkələr
9 Fevral , 2021 04:32
Almaniyada müsəlmanlara qarşı cinayətlər artır

Almaniyada müsəlmanlara nifrət zəminində cinayətlərin sayı ötən ilin müqayisədə 2 faiz artıb.

“Report” xəbər verir ki, bu barədə “Osnabrücker Zeitung” qəzeti Almaniyanın Daxili İşlər Nazirliyinə istinadən yazıb.

Qeyd edilir ki, 2020-ci ildə müsəlmanlara və islam abidələrinə azı 901 hücum edilib. Hadisələrdən 7-i məscidlər ərazisində provokasiyalardan ibarət olub.

Hücumların çox hissəsi ultrasağ qruplaşmaların üzvləri tərəfindən təşkil olunub. Nəticədə 48 insan xəsarət alıb.

Almaniyada 2019-cu ildə müsəlmanlara, islam icmalarına və müsəlman şirkətlərinə 884 hücum təşkil edilib.

Son xəbərlər

Orphus sistemi