Almaniyada mənzildən 5 nəfərin meyiti tapılıb

Almaniyada mənzildən 5 nəfərin meyiti tapılıb Almaniyada polis paytaxt Berlin şəhərinin cənubundakı Köniqs-Vusterhauzen şəhərində mənzildə beş nəfərin cəsədini aşkar edib.
Digər ölkələr
4 Dekabr , 2021 18:02
Almaniyada mənzildən 5 nəfərin meyiti tapılıb

Almaniyada polis paytaxt Berlin şəhərinin cənubundakı Köniqs-Vusterhauzen şəhərində mənzildə beş nəfərin cəsədini aşkar edib.

“Report” xəbər verir ki, bu barədə “NTV” telekanalı məlumat yayıb.

Hüquq-mühafizə orqanları onların öldürüldüyünü güman edir. Meyitlərin tapıldığı evin yaxınlığındakı küçə nəqliyyatın hərəkəti üçün bağlanıb.

Hadisə yerində polis mütəxəssisləri işləyir.

Son xəbərlər

Orphus sistemi