Almaniyada məktəbdə atışma olub, yaralanan var

Almaniyada məktəbdə atışma olub, yaralanan var Almaniyanın Bremerhafen şəhərində məktəbdə atışma baş verib.
Digər ölkələr
19 May , 2022 18:28
Almaniyada məktəbdə atışma olub, yaralanan var

Almaniyanın Bremerhafen şəhərində məktəbdə atışma baş verib.

"Report"un məlumatına görə, bu barədə “Bild” nəşri məlumat yayıb.

Atışma nəticəsində bir nəfər ağır yaralanıb. Onun məktəb işçisi olduğu deyilir.

Şagirdlər arasında xəsarət alan olmayıb.

Polis hücum edənlərdən birini saxlamağa müvəffəq olub.

Son xəbərlər

Orphus sistemi