Almaniyada məktəb avtobusu divara çırpılıb, 47 nəfər xəsarət alıb

Almaniyada məktəb avtobusu divara çırpılıb, 47 nəfər xəsarət alıb On nəfər ağır vəziyyətdədir
Digər ölkələr
16 Yanvar , 2018 12:58
Almaniyada məktəb avtobusu divara çırpılıb, 47 nəfər xəsarət alıb
AP

Bakı. 16 yanvar. REPORT.AZ/ Almaniyanın cənub-qərbində yerləşən Eberbax şəhərində məktəb avtobusunun iştirakı ilə baş verən yol qəzasında 47 nəfər xəsarət alıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, polisdən 37 nəfərin yüngül yaralandığı, 10 nəfərin isə ağır vəziyyətdə olduğu bildirilib. Yaralıların çoxu uşaqlardır.

Son məlumatlara görə, avtobus sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi bir neçə avtomobillə toqquşduqdan sonra evin divarına çırpılıb.

Son xəbərlər

Orphus sistemi