Almaniyada koronavirus yenidən tüğyan edir

Almaniyada koronavirus yenidən tüğyan edir Almaniyada ötən 24 saat ərzində 2507 nəfərdə koronavirus aşkarlanıb ki, bu da aprelin sonundan ən yüksək gündəlik göstəricidir.
Digər ölkələr
26 Sentyabr , 2020 12:27
Almaniyada koronavirus yenidən tüğyan edir

Almaniyada ötən 24 saat ərzində 2 507 nəfərdə koronavirus aşkarlanıb və bu da aprelin sonundan ən yüksək gündəlik göstəricidir.

“Report” Robert Kox İnstitutuna istinadən xəbər verir ki, ötən gündən koronavirusdan 9 nəfər dünyasını dəyişib. Virusun yayılma indeksi 0,91-dir, yəni hər 100 xəstə şərti olaraq daha 91 nəfəri yoluxdurur.

Qeyd edək ki, ölkədə mart ayının sonu – aprelin əvvəlində gündəlik yoluxanların sayı 6 mini ötürdü. Sonra koronavirusun bir qədər səngiməsi nəticəsində hökumət bəzi məhdudiyyətləri ləğv etdi. Lakin iyul ayından yoluxma sayında yenidən artım başladı.

Hazırda Almaniyada qapalı məkanlarda maska taxmaq məcburidir, bütün kütləvi tədbirlər ilin sonunadək ləğv edilib.

Son xəbərlər

Orphus sistemi