Almaniya və Avstriyada koronavirusun əhatəsi genişlənir

Almaniya və Avstriyada koronavirusun əhatəsi genişlənir Almaniyada yeni koronavirusa yoluxma halları 196-dan bu gün 240-a çatıb.
Digər ölkələr
4 Mart , 2020 14:33
Almaniya və Avstriyada koronavirusun əhatəsi genişlənir

Almaniyada yeni koronavirusa yoluxma halları 196-dan bu gün 240-a çatıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə xəstəliklərin qarşısını almaq və nəzarət funksiyalarını yerinə yetirən rəsmi qurum olan Robert Kox İnstitutu (RKİ) açıqlama verib.

Yoluxanlar ölkənin ən böyük federal əyaləti olan Şimali Reyn Vestfaliada 111, Bavariyada 48, Baden Vürtemberqdə 44, Hessendə 12 nəfərdir. Ölkənin 16 federal əyalətindən yalnız Saksoniya Anhaltda yoluxma halları qeydə alınmayıb.

Bundan başqa, Avstriyada da koronavirusa yoluxanların sayı artaraq 27-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 81 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 574-ə çatıb. Bunların 51 066 nəfəri sağalıb, 3 204 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub

Son xəbərlər

Orphus sistemi