Almaniyada koronavirusdan ölənlərin sayı artdı

Almaniyada koronavirusdan ölənlərin sayı artdı Almaniyada daha 5 nəfər koronavirus infeksiyasının qurbanı olub.
Digər ölkələr
31 Mart , 2020 11:45
Almaniyada koronavirusdan ölənlərin sayı artdı

Almaniyada daha 5 nəfər koronavirus infeksiyasının qurbanı olub.

“Report” “Zeit”a istinadən xəbər verir ki, ölkədə virusdan ölənlərin sayı 650-yə çatıb.

Bundan başqa, koronavirus daşıyıcılarının rəsmi sayında da artım qeydə alınıb. Məlumata görə, daha 166 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, ölkədə virus daşıyıcılarının rəsmi sayı 67 051 nəfərə çatıb.

Qeyd edək ki, Almaniya koronavirus daşıyıcılarının sayının çox olmasına baxmayaraq, ölüm faktlarının azlığı ilə seçilən ölkələrdəndir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 786 900-ü ötüb. Bunların 165 892 nəfəri sağalıb, 37 840 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi