Almaniyada koronavirusdan ölənlərin sayı 7 226-ya çatdı

Almaniyada koronavirusdan ölənlərin sayı 7 226-ya çatdı Almaniyada ötən sutkada 1 209 nəfərə koronavirus diaqnozu qoyulub.
Digər ölkələr
8 May , 2020 09:01
Almaniyada koronavirusdan ölənlərin sayı 7 226-ya çatdı
0 : 00
0 : 00

Almaniyada ötən sutkada 1 209 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Bununla da Almaniyada qeydə alınan yoluxma hallarının sayı 167 300-ə yüksəlib.

Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 147 nəfər artaraq 7 226-ya çatıb.

Məlumata görə, ölkədə indiyədək koronavirusdan sağalanların sayı 141 mini ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,9 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 270 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi