Almaniyada koronavirusdan ölənlərin sayı 1 000-ə yaxınlaşır

Almaniyada koronavirusdan ölənlərin sayı 1 000-ə yaxınlaşır Almaniyada daha 140 nəfər koronavirusun qurbanı olub.
Digər ölkələr
2 Aprel , 2020 11:21
Almaniyada koronavirusdan ölənlərin sayı 1 000-ə yaxınlaşır

Almaniyada daha 140 nəfər koronavirusun qurbanı olub.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ölkədə virus qurbanlarının sayı 872 nəfərə çatıb.

Bundan başqa, koronavirusa yoluxma faktlarının sayında da artım müşahidə edilib. Belə ki, ölkədə daha 6 156 nəfərdə virus aşkarlanaraq virusa yoluxma hallarının ümumi sayı 73 522 nəfərə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 937 100-ü ötüb. Bunların 195 143 nəfəri sağalıb, 47 267 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi