Almaniyada koronavirusa yoluxanların ümumi sayı 5 milyonu ötüb

Almaniyada koronavirusa yoluxanların ümumi sayı 5 milyonu ötüb Almaniyada koronavirusa yoluxanların ümumi sayı pandemiyanın başlanmasından indiyədək 5 021 469 nəfərə çatıb.
Digər ölkələr
14 Noyabr , 2021 13:35
Almaniyada koronavirusa yoluxanların ümumi sayı 5 milyonu ötüb

Pandemiyanın başlanmasından indiyədək Almaniyada koronavirusa yoluxanların ümumi sayı 5 021 469 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Robert Kox İnstitutu məlumat yayıb.

Məlumata görə, son sutka ərzində virusa yoluxanların sayı 33,5 min nəfər təşkil edib.

Almaniyada koronavirus statistikası son həftələrdə sürətlə artmaqdadır. Həftə ərzində əsas xəstələnmə nisbəti son 24 saatda əhalinin hər 100 min nəfərinə 289 olub. Qeyd edək ki, bir həftə əvvəl bu rəqəm 191, bir ay əvvəl isə 67 idi.

Bundestaqın prezidenti Berbel Bas iri tədbirlərdə iştirakdan imtina etməyə çağırıb.

Almaniyanın daxili işlər naziri Horst Şöfer pandemiyanın dördüncü dalğası fonunda mülki yardım göstərmək üçün ilin sonuna qədər 12 000 əsgərin səfərbər ediləcəyini bildirib. Hərbçilər revaksinasiya prosesində maddi-texniki yardım göstərəcək, zərurət yaranarsa, müvəqqəti xəstəxanaların tikilməsinə kömək edəcək, eləcə də, klinikalarda sürücü kimi işləyəcəklər.

Noyabrın sonuna kimi 6 min hərbçinin səfərbər edilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi