Almaniyanın Bavariya federal torpağında daha iki nəfər koronavirusun yeni növünə (COVID-2019) yoluxub.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bununla da ölkədə yeni növ koronavirus daşıyıcısı olan xəstələrin sayı 16 nəfərə çatıb.
Onların əksəriyyəti Bavariyadakı “Webasto” şirkətinin əməkdaşlarıdır.
Koronavirusun yeni növünə yoluxanlardan ikisi Çinin Uhan şəhərindən təxliyə edilən Almaniya vətəndaşlarıdır.