Almaniyada koronavirusa yoluxanların sayı 190 mini ötdü

Almaniyada koronavirusa yoluxanların sayı 190 mini ötdü Almaniyada koronavirusa yoluxma halları son bir gündə 500-dən çox artıb.
Digər ölkələr
103
22 İyun , 2020 08:58
Almaniyada koronavirusa yoluxanların sayı 190 mini ötdü

Almaniyada koronavirusa yoluxma halları son bir gündə 500-dən çox artıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Qeyd edilir ki, son sutkada koronavirusa 537 yeni yoluxma aşkarlanıb.

İnstitutun məlumatına görə, ölkədə bütün vaxt ərzində COVID-19-a 190 359 yoluxma qeydə alınıb.

Yoluxma hallarının ən böyük sayı Bavariyada qeydə alınıb. Burada təhlükəli infeksiyaya 47 867 nəfər yoluxub. Şimal Reyn-Vestfaliyada bu rəqəm 41 218, Baden-Vürtemberqdə 35 272 təşkil edir. Berlində COVID-19-a 7 833 yoluxma aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi