Almaniyada koronavirusa yoluxanların sayı 156 mini ötdü

Almaniyada koronavirusa yoluxanların sayı 156 mini ötdü Almaniyada ötən sutkada 1 144 nəfərə koronavirus diaqnozu qoyulub.
Digər ölkələr
28 aprel 2020 05:09
Almaniyada koronavirusa yoluxanların sayı 156 mini ötdü
0 : 00
0 : 00

Almaniyada ötən sutkada 1 144 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Almaniyada qeydə alınan yoluxma hallarının sayı 156 337-yə yüksəlib.

Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 163 nəfər artaraq 5 913-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 064 000-i ötüb. Bunların 922 624 nəfəri sağalıb, 211 611 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi