Almaniyada koronavirusa yoluxanların sayı 125 mini ötdü

Almaniyada koronavirusa yoluxanların sayı 125 mini ötdü Almaniyada daha 2 082 nəfərə koronavirus diaqnozu qoyulub.
Digər ölkələr
14 Aprel , 2020 09:51
Almaniyada koronavirusa yoluxanların sayı 125 mini ötdü

Almaniyada daha 2 082 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu Robert Kox İnstitutu açıqlayıb.

Beləliklə, ölkədə qeydə alınmış koronavirusa yoluxma hallarının sayı 125 098 nəfərə yüksəlib.

Məlumata görə, son sutkada ölkədə 170 nəfər koronavirusdan ölüb. Ümumilikdə pandemiya qurbanlarının sayı 2 969 nəfərə çatıb.

Bildirilir ki, Almaniyada indiyədək 68 200 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 925 000-i ötüb. Bunların 451 896 nəfəri sağalıb, 119 718 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi