Almaniyada koronavirusa yoluxanların sayı 11 nəfərə çatıb

Almaniyada koronavirusa yoluxanların sayı 11 nəfərə çatıb Almaniyanın Bavariya federal torpağında koronavirusa daha bir yoluxma hadisəsi qeydə alınıb.
Digər ölkələr
4 Fevral , 2020 04:15
Almaniyada koronavirusa yoluxanların sayı 11 nəfərə çatıb

Almaniyanın Bavariya federal torpağında koronavirusa daha bir yoluxma hadisəsi qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 11 nəfərə çatıb.

Regional Səhiyyə Nаzirliyi bildirib ki, koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxan uşaqdır. Virus ona atasından keçib. Belə ki, uşağın atasından virusla bağlı götürülən analizlərin cavabı müsbət çıxıb.

Qeyd olunub ki, artıq Bavariyada  doqquz nəfər koronavirusa yoluxub. Çinin Uhan vilayətindən 1 fevral tarixində təxliyyə edilən iki Almaniya vətəndaşında da koronavirus aşkar edilmişdi. 

Son xəbərlər

Orphus sistemi