Almaniyada koronavirusa yoluxanlar çoxalır

Almaniyada koronavirusa yoluxanlar çoxalır Almaniyada koronavirusa yoluxma halları 180-ə çatıb.
Digər ölkələr
3 Mart , 2020 14:15
Almaniyada koronavirusa yoluxanlar çoxalır

Almaniyada koronavirusa yoluxma halları 180-ə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxmaların qeydə alındığı 13 federal əyalət arasında ən böyük olan Şimali Reyn Vestfalia 92 nəfərlə irəlidədir. 

Koronavirusun ölkədə ilk təsdiqləndiyi Bavariyada 35 nəfərdən 14-ü sağalıb. Həmçinin Baden Vürtemberq əyalətində 26, Hessendə 11 nəfər infeksiyaya yoluxub.

Bununla belə xəstəliklərin müşahidə və qarşısının alınmasına məsul rəsmi qurum olan Robert Kox İnstitutunun martın 2-nə olan məlumatına görə, Almaniyada təsdiqlənmiş yoluxma hallarının sayı 157-dir.

Son xəbərlər

Orphus sistemi