Almaniyada koronavirusa qarşı məcburi peyvənd tətbiq oluna bilər

Almaniyada koronavirusa qarşı məcburi peyvənd tətbiq oluna bilər Almaniya Bundestaqı 2022-ci ilin fevralına qədər məcburi koronavirus peyvəndinin tətbiqi imkanlarını nəzərdən keçirəcək.
Digər ölkələr
3 Dekabr , 2021 06:19
Almaniyada koronavirusa qarşı məcburi peyvənd tətbiq oluna bilər

Almaniya Bundestaqı 2022-ci ilin fevralına qədər məcburi koronavirus peyvəndinin tətbiqi imkanlarını nəzərdən keçirəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri vəzifəsini müvəqqəti icra edən Angela Merkel deyib.

"Məcburi peyvəndlə bağlı müzakirə və qərar Bundestaqda baş tutacaq. Federal ştatların hakimiyyət orqanları ilin sonuna kimi tövsiyələr hazırlamalıdır", - Merkel deyib.

Bundan əlavə, Almaniya hakimiyyəti apteklər və supermarketlər istisna olmaqla, peyvənd olunmamış sakinlərin mağazalara girişini məhdudlaşdırmağa razılaşıb.

"Vəziyyət çox ciddidir", - Merkel qeyd edib.

Son xəbərlər

Orphus sistemi