Almaniyada kilsə qarşısında təxribata cəhd olub - VİDEO - YENİLƏNİB

Almaniyada kilsə qarşısında təxribata cəhd olub - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Digər ölkələr
260
30 May , 2020 13:34
Almaniyada kilsə qarşısında təxribata cəhd olub - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


***11:28

Almaniyanın Köln şəhərinin Kafedral kilsəsi qarşısında təxribata cəhd edilib.

"Report"un Avropa bürosunun məlumatına görə XIX əsrdə istifadəyə verilən kafedralın qarşısına sprey boya ilə son illər ölkədə məşhur olan SDP və SİDO qrupunun heyvanlarla bağlı oxuduğu “Öküzlər, donuzlar” (“Bullen”, “Schweine”) sözləri yazılıb. 

Kilsə mühafizəçiləri dərhal hadisə ilə bağlı polisə xəbər verib. Hadisə yerinə gələn polis əməkdaşları sprey boya ilə bu sözləri yazan şəxsin əslində aksiya üçün icazə aldığını öyrənib. Aksiyanın kilsəyə ziyarət üçün gələn şəxslər tərəfindən birmənalı qarşılanmayacağını və bunun təxribat olduğunu əsaslandıran kilsə rəhbərliyi turistlərin kilsəyə daxil olmasını müvəqqəti dayandırıb.

Yalnız aksiya bitdikdən və kafedralın qarşısına sprey boya ilə yazılan sözlər silindikdən sonra turistlərin girişinə icazə verilib. Lakin bu zaman diqqəti çəkən başqa hadisə də baş verib. SDP və SİDO qrupunu təhqir edən qadın polis tərəfindən saxlanılaraq 500 avro cərimələnib.

Qeyd edək ki, “Öküzlər, donuzlar” mahnısı 2017-ci ildə “Youtube”da yayımlanıb. “Öküzlərə, donuzlara, atlara, itlərə nifrət edirəm” satirik sözlərinə və klipdə ev heyvanlarının daşlanmasına, müxtəlif formada təhqir olunmasına diqqət çəkilib.

Almaniyadakı bir çox heyvanları mühafizə təşkilatı SDP və SİDO qrupunu məhkəməyə verib. Ancaq qrup bununla bağlı mətbuata açıqlamasında məqsədinin ölkədə ev heyvanlarına nifrət edən milyonlarla insana diqqət çəkməkdən ibarət olduğunu iddia edib.

Son xəbərlər

Orphus sistemi