Almaniyada istidən yolların asfalt-beton örtüyü çatlayır

Almaniyada istidən yolların asfalt-beton örtüyü çatlayır Fransada və Almaniyada havanın hərarəti 40 dərəcəyə çatıb
Digər ölkələr
5 İyul , 2015 15:51
Almaniyada istidən yolların asfalt-beton örtüyü çatlayır

Bakı. 5 iyul. REPORT.AZ/ Qərbi və cənub-qərbi Avropa anormal istilərdən əziyyət çəkir.

"Report"un TASS agentliyinə istinadən xəbər verir ki, Fransada və Almaniyada havanın hərarəti 40 dərəcəyə çatıb.

Alman rəsmilər bildirib ki, yüksək temperaturun təsiri ilə bir sıra yolların asfalt-beton örtüyündə çatlar əmələ gəlib.

İtaliya və İspaniyada da şiddətli istilər hökm sürür. Ekspetrlərin fikrincə, istilərə Saxara səhrasından əsən küləklərin səbəb olub.

Sinoptiklərin məlumatına görə, Almaniya üzərində yerləşən böyük antisiklon Atlantikadan təmiz dəniz havasının daxil olmasına maneçilik törədir.

Son xəbərlər

Orphus sistemi