Almaniyada islamofobiyaya qarşı növbəti izdihamlı aksiya keçirilib

Almaniyada islamofobiyaya qarşı növbəti izdihamlı aksiya keçirilib Mitinqdə ən azı 10 min insan iştirak edib
Digər ölkələr
2 Fevral , 2015 02:22
Almaniyada islamofobiyaya qarşı növbəti izdihamlı aksiya keçirilib

Bakı. 2 fevral. REPORT.AZ/ Almaniyanın Bremen şəhərində ötən gün islamofobiyaya qarşı mitinq keçirib.

"Report" Anadolu agentliyinə istinadən xəbər verir ki, radikal “Avropa vətənpərvərləri islamlaşmaya qarşı” (PEGİDA) adlı hərəkata etiraz olaraq baş tutan aksiyaya müsəlmanlarla yanaşı, xristianlar da qatılıb.

Ən azı 10 min insanın iştirak etdiyi mitinq iştirakçıları "Faşist düşüncəyə "Yox" deyək" və "Həmrəylik və sosial ədalət üçün" kimi şüarlar səsləndirib.

Statistik məlumatlara görə, Almaniya əhalisinin 5 faizini müsəlmanlar təşkil edir. Onlardan 65 faizi sünni, 7 faizi şiə, 13 faizi isə ələvidir.

PEGİDA əleyhinə aksiyalar daha əvvəl Drezden şəhərində keçirilmişdi.

Son xəbərlər

Orphus sistemi