Bakı. 18 oktyabr. REPORT.AZ/ Almaniyanın gizli xidmət qurumları İŞİD tərəfindən musiqi festivallarının birində törədilməsi planlaşdırılan irimiqyaslı terror hücumunun qarşısını alıb.
“Report” “Deutsche Welle”yə istinadən xəbər verir ki, hazırlanan hücumda əsas rol oynayan alman ər-arvad cüytlüyü həbs olunub.
“Bu hücumun hazırlandığı barədə vaxtında xəbər tutduq, hələ 2016-cı ilin oktyabr ayında cinayət işi açıla bilərdi”, - Baş prokuror Peter Frank deyib. O, cinayətdə əli olduğu ehtimal edilən bəzi şəxslərin axtarıldığını da qeyd edib.