Almaniyada İrandakı etirazlara dəstək nümayişinə 10 minlərlə insan qatılıb

Almaniyada İrandakı etirazlara dəstək nümayişinə 10 minlərlə insan qatılıb Almaniyanın paytaxtı Berlində İrandakı etirazlara dəstək nümayişinə 80 minə yaxın insan qatılıb.
Digər ölkələr
22 oktyabr 2022 19:10
Almaniyada İrandakı etirazlara dəstək nümayişinə 10 minlərlə insan qatılıb

Almaniyanın paytaxtı Berlində İrandakı etirazlara dəstək nümayişinə 80 minə yaxın insan qatılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya paytaxtının polisi yayıb.

Minlərlə iranlı Avropanın digər şəhərlərindən Berlindəki nümayişdə iştirak etmək üçün Almaniyaya axışıb.

Aksiya zamanı hər hansı insident qeydə alınmayıb.

Qeyd edək ki, İranın Kürdüstan ostanından yaxınlarını ziyarət etmək üçün paytaxt Tehrana gələn Məhsa Əmini adlı gənc qadın “hicaba düzgün əməl etmədiyinə görə” əxlaq polisi tərəfindən saxlanılıb, döyülərək öldürülüb. Bu səbəbdən ölkədə etirazlar səngimir.

Son xəbərlər

Orphus sistemi