​Almaniyada iki yaşayış binasında yanğın olub, 12 nəfər xəsarət alıb

​Almaniyada iki yaşayış binasında yanğın olub, 12 nəfər xəsarət alıb Xəbərdə bildirilib ki, hadisə yerində olan 22 yaşlı kişi şübhəli şəxs qismində saxlanılıb
Digər ölkələr
24 Dekabr , 2015 14:50
​Almaniyada iki yaşayış binasında yanğın olub, 12 nəfər xəsarət alıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Almaniyada iki qonşu yaşayış binalarında baş verən yanğın nəticəsində 7-si yeniyetmə olmaqla azı 12 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Məlumata görə, hadisə Bavariya torpağının Vallerştayn rayonunda baş verib.

Polis bildirib ki, həmin binalarda əvvəllər mühacir olmuş insanlar yaşayır: "Cinayətin milli zəmində törədildiyi də istisna edilmir".

Xəbərdə bildirilib ki, hadisə yerində olan 22 yaşlı kişi şübhəli şəxs qismində saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi