Almaniyada iki təyyarə toqquşub - VİDEO

Almaniyada iki təyyarə toqquşub - VİDEO Bakı. 19 noyabr. REPORT.AZ/ Almaniyanın Erkelents-Kükhoven aerodromu yaxınlığında iki yüngülmühərrikli təyyarə toqquşub. Nəticədə hava gəmilərindən biri tamamilə yanıb və onun pilotu ölüb.
Digər ölkələr
19 Noyabr , 2018 08:24
Almaniyada iki təyyarə toqquşub - VİDEO

Bakı. 19 noyabr. REPORT.AZ/ Almaniyanın Erkelents-Kükhoven aerodromu yaxınlığında iki yüngülmühərrikli təyyarə toqquşub. Nəticədə hava gəmilərindən biri tamamilə yanıb və onun pilotu ölüb.

“Report” xəbər verir ki, təyyarələr havada toqquşublar.

Onlardan 70 yaşlı pilotun idarəetməsində olan biri uçuşu davam etdirib, ikinci təyyarə isə eniş edib. Yekunda birinci təyyarə yanıb, onun pilotu hadisə yerində ölüb. İkinci pilot xəstəxanaya çatdırılıb.

Hazırda araşdırma aparılır, qəzanın səbəbi məlum deyil. Bildirilir ki, toqquşma zamanı hava şəraiti normal olub.

Bundan əvvəl ABŞ-da II Dünya Müharibəsi dövrünə aid təyyarə qəzaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi