Yuxarı

Almaniyada iki təyyarə toqquşub; ölənlər var

Hadisə Qrosryukersvald kommunasında, aerodromda keçirilən bayram zamanı baş verib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Almaniyada iki yüngülmühərrikli təyyarə toqquşub. 

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Kemniç şəhər polisinin nümayəndəsi məlumat yayıb.

Məlumata görə, hadisə Qrosryukersvald (Saksoniya federal torpağı) kommunasında, aerodromda keçirilən bayram zamanı baş verib. Təyyarələrdən biri toqquşmadan sonra eniş edə bilib, digər təyyarə isə yaxınlıqdakı meydana çırpılıb.

Qəza zamanı iki nəfər ölüb.

Hələlik hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi