Almaniyada iki qatar toqquşub, ölənlər və yaralananlar var - YENİLƏNİB

Almaniyada iki qatar toqquşub, ölənlər və yaralananlar var - YENİLƏNİB Bakı. 8 may. REPORT.AZ/ Almaniyada yük və sərnişin qatarlarının toqquşması nəticəsində azı 14 nəfər xəsarət alıb.
Digər ölkələr
8 May , 2018 02:54
Almaniyada iki qatar toqquşub, ölənlər və yaralananlar var - YENİLƏNİB

Bakı. 8 may. REPORT.AZ/ Almaniyada yük və sərnişin qatarlarının toqquşması nəticəsində azı 14 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Focus Online" polisə istinadən məlumat yayıb.

Həkimlər yaralılardan 3-nün vəziyyətini ağır qiymətləndirir. Hazırda qəzanın səbəbləri araşdırılır.

Qeyd edək ki, hadisə Bavariyada, Ayxax şəhərində baş verib. Qəza zamanı 2 nəfər ölüb.


***00:49

Almaniyada yük və sərnişin qatarları toqquşub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Focus Online" məlumat yayıb.

Polisə istinadən yayılan məlumata görə, hadisə Bavariyada, Ayxax şəhərində baş verib. Hadisə zamanı azı 2 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.

Qəzanın təfərrüatları açıqlanmır.

Son xəbərlər

Orphus sistemi