Almaniyada hökumət başçısı vaxtından əvvəl dəyişə bilər

Almaniyada hökumət başçısı vaxtından əvvəl dəyişə bilər Bakı. 12 dekabr. REPORT.AZ/ Almaniya Xristian Demokrat İttifaqı Partiyası (XDİP) keçmiş lideri olan kansler Angela Merkelin vaxtından əvvəl, yəni 2021-ci ilədək hökumət başçısı vəzifəsini partiyanın yeni sədri Anneqret Kramp-Karrenbauerə təhvil verə biləcəyi məsələsini araşdırır.
Digər ölkələr
12 Dekabr , 2018 14:38
Almaniyada hökumət başçısı vaxtından əvvəl dəyişə bilər

Bakı. 12 dekabr. REPORT.AZ/ Almaniya Xristian Demokrat İttifaqı Partiyası (XDİP) keçmiş lideri olan kansler Angela Merkelin vaxtından əvvəl, yəni 2021-ci ilədək hökumət başçısı vəzifəsini partiyanın yeni sədri Anneqret Kramp-Karrenbauerə təhvil verə biləcəyi məsələsini araşdırır.

“Report” “Bild”ə istinadən xəbər verir ki, partiya rəhbərliyindəki mənbələrə görə, gələn il Avropa Parlamentinə, həmçinin üç şərqi əyalətdə keçiriləcək seçkilər zamanı Sosial Demokrat Partiyası gözlənildiyi kimi, XDİP, Yaşıllar Partiyası və “Almaniya üçün alternativ” Partiyasından sonra dördüncü yerdə qalsa, iqtidar koalisiyasını tərk edə bilər. Çünki həmin partiyada bir çoxu nüfuzlarının itirilməsini iqtridarda olmalarında görür. Belə olan təqdirdə XDİP azlıq hökuməti yaradıb kansler vəzifəsinə A.Kramp-Karrenbaueri gətirməyi düşünür.

Bu varianta Azad Demokrat Partiyası və “yaşıllar” rəğbət göstərdiklərini daha əvvəl bildirmişdilər.

Son xəbərlər

Orphus sistemi