Almaniyada hərbi helikopter qəzaya uğrayıb, ölən var

Almaniyada hərbi helikopter qəzaya uğrayıb, ölən var Qəzanın başvermə səbəbi araşdırılır
Digər ölkələr
10 aprel 2018 14:51
Almaniyada hərbi helikopter qəzaya uğrayıb, ölən var

Bakı. 10 aprel. REPORT.AZ/ Almaniyanın Bavariya vilayətində hərbi helikopter qəzaya uğrayıb.

“Report” "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Xasfurt aerodromunda qeydə alınıb.

Helikopter yanacaq doldurmaq üçün aerodroma enib və qalxarkən ərazidəki dispetçer məntəqəsinə çırpılıb. Qəza nəticəsində aerodromun 60 yaşlı əməkdaşı ciddi zədə alıb. O, xəstəxanaya çatdırılsa da, vəfat edib.

Hadisə dövlətə bir neçə milyon avro ziyan vurub. 

Qəzanın başvermə səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi