Almaniyada furqonun insanların üzərinə sürülməsi nəticəsində ölənlərin sayı 4-ə çatıb, 20 yaralı var - YENİLƏNİB

Almaniyada furqonun insanların üzərinə sürülməsi nəticəsində ölənlərin sayı 4-ə çatıb, 20 yaralı var - YENİLƏNİB Hadisədə şübhəli bilinən iki nəfər saxlanılıb
Digər ölkələr
7 Aprel , 2018 23:26
Almaniyada furqonun insanların üzərinə sürülməsi nəticəsində ölənlərin sayı 4-ə çatıb, 20 yaralı var - YENİLƏNİB

Bakı. 7 aprel. REPORT.AZ/ Almaniyanın Münster şəhərində sürücünün furqonu açıq havada əyləşən insanların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Onlardan biri hadisəni törətdikdən sonra intihar edən sürücüdür.

“Report” xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyinin "Twitter" mikrobloqunda məlumat yerləşdirilib.

"Associated Press"in məlumatına görə, polis nümayəndəsi Andreas Bode jurnalistlərə açıqlamasında hadisə zamanı daha 20 nəfərin yaralandığını, onlardan 6-sının vəziyyətinin ağır olduğunu deyib. Onun sözlərinə görə, özünü öldürən sürücünün şəxsiyyəti müəyyən edilməyib və hadisənin motivləri barədə danışmaq hələ tezdir.

Bundan əlavə Bode qeyd edib ki, hadisə zamanı yük maşınından daha iki nəfər düşərək qaçıb. Polis tərəfindən aparılan əməliyyat nəticəsində şübhəli şəxslər yaxalanıb.

Həmçinin o bildirib ki, furqonda şübhəli əşya aşkar edilib və bu səbəbdən ərazi mühasirəyə alınıb.


***19:18

Bakı. 7 aprel. REPORT.AZ/ Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Münster şəhərində sürücü kiçik həcmli yük maşınını oturmuş vəziyyətdə olan bir qrup insanın üzərinə sürüb.

“Report” xəbər verir ki, ilkin məlumata görə, polis hadisənin qəsdən törədildiyini ehtimal edir.

Yanğın xidmətinin nümayəndəsi təqribən 50 nəfərin xəsarət aldığını bildirir.

"Rheinische Post" nəşrinin mənbələri sürücünün özünü güllələdiyini bildiriblər. "Focus" nəşri də polisə istinadən iddia edir ki, şübhəli şəxs intihar edib.

Hadisə yerinə polis vertolyotları gəlib, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə partlayıcı maddə axtarırlar.

Son xəbərlər

Orphus sistemi